Qətlə yetirilən yazıçımızın kitabı Londonda çap edildi

Yazıçı Rafiq Tağının hekayələr toplusu İngiltərədə çap edildi.
"Rossendale Books" nəşriyyatında çap edilən "Didactic Courses for a Killer" (Qatilə didaktika dərsləri) adlı kitabı ingiliscəyə Cavid Abbasova və Sevil Gültən çeviriblər.  Rafiq Tağının qardaşı İlqar Tağı "Oxu zalı"na deyib ki, belə bir kitabı yazıçı hələ sağlığında professor Vaqif Sultanlı ilə birlikdə planlaşdırıbmış. Amma R.Tağının qəltə yetirilməsi ilə bu plan yarımçıq qalıbmış. Kitabda Rafiq Tağının 12 hekayəsi toplanıb və həyatı yaradıcılığı ilə bağlı ön söz  yazılıb.