Almaniyada çevrilişə cəhd edən qrupun “düşmən” siyahısı açıqlanıb

Almaniyada dövlət çevrilişi hazırlayan qrup xarici işlər naziri Annalena Berboku da “düşmən” siyahısına salıb...

Almaniyada dövlət çevrilişində şübhəli bilinərək həbs edilən qrupun özünə düşmən olaraq gördüyü 18 nəfərlik siyahı tapılıb.

PİA.az xəbər verir ki, bu barədə Almaniyanın TAZ nəşri məlumat yayıb.

Siyahıya Almaniyanın xarici işlər naziri Annalena Berbok, Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədri Saskia Esken və baş katib Kevin Kuhnert, Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz və Bundestaqın yeddi deputatı daxildir.

TAZ nəşrinin məlumatına görə, siyahıda tanınmış jurnalistlər, o cümlədən üç teleaparıcı da var. Nəşr qeyd edir ki, onlara “düşmənlər siyahısı”na daxil edilməsi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, ötən həftə Almaniya Federal Prokurorluğu mövcud höküməti güc yolu ulə devirməyi və Almaniyanın konstitutson qurumlarını dəyişməyi qarşısına məqsəd qoyan 27 nəfərlik qrupun ifça edilərək həbs edilməsi ilə bağlı məlumat yaymışdı. Həmin qrupun rəhbər kadrları arasında Rusiya vətəndaşı olan bir rus qadının da olduğuğu bildirilirdi.

pia.az