ASAN Xidmət əməkdaşları and içdilər - Foto

ASAN Xidmət əməkdaşlarının andiçmə mərasimi keçirilib
ASAN Xidmət Mərkəzindən ANSPRESS-ə verilən məlumata görə, ASAN-ın əməkdaşları Azərbaycan bayrağını öpərək and içiblər."Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm",-deyə ASAN Xidmət əməkdaşları andiçmə zamanı söyləyiblər.