Tokayev yeznəsini işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Temirtay İzbastini Qazaxıstan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Tokayevin bacısının həyat yoldaşı olan Temirtay İzbastin 2019-cu ildən Bolqarıstanda səfirdir.

Qazaxıstanda 2022-ci il iyunun 5-də keçirilən respublika referendumunda dövlət başçısının qohumlarının siyasi dövlət qulluqçusu və kvazi-dövlət sektorunun rəhbərləri vəzifələrini tutmasını qadağan edən düzəlişlər qəbul edilib.

Qazaxıstan Respublikasının Litvadakı keçmiş səfiri Viktor Temirbayev Bolqarıstana səfir təyin olunub. Litvadakı səfir vəzifəsini 2021-ci ilə qədər Qazaxıstanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edən Timur Urazayev tutub. (oxu.az)

pia.az