Allahşükür Paşazadə Moskvada Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri ilə görüşüb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib...

APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Moskvada keçirilən "ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri" adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirillə Danilov monastırında görüş keçirib. Dekabrın 8-də isə XVIII Beynəlxalq Müsəlman Forumunda iştirak edib. QMİ sədri forumda çıxış edib.

pia.az