Türkiyənin klublarında oynayan keçmiş futbolçu qəzada öldü

Trabzonspor və Altay-da çıxış edən Miodraq Yesiç yol qəzasında dünyasını dəyişib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət Trabzonspor və Altay-da da çıxış etmiş 64 yaşlı keçmiş serb futbolçu Miodraq Yesiç Serbiyada keçirdiyi yol qəzası nəticəsində dünyasını dəyişib.

Serbiyanın köklü komandalarından olan Partizan-ın sosial media hesabından verilən açıqlamada bir müddət Partizan-da həm futbolçu, həm də məşqçi kimi çalışan Yesiçin avtomobilinin yük maşını ilə toqquşması nəticəsində hadisə yerində dünyasını dəyişdiyi bildirilib.

Müxtəlif komandaları çalışdıran Yesiç son olaraq Səudiyyə Ərəbistanının Əl-Şoalah komandasında iştirak edib.

pia.az