ABŞ Türkiyənin əməliyyat planlaşdırdığı bölgələrdə PKK-nı silahlandırır

Amerika əsgərləri Türkiyənin növbəti əməliyyatını planlaşdırdığı Suriyanın şimalında patrul nəzarəti həyata keçirir…

PİA.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Suriyada xidmət edən Amerika hərbiçiləri “Yeni Şafak” qəzetinin müxbirinə bildiriblər ki, Vaşinqton hələ də PKK-ya kömək edir və amerikalılar Türkiyənin gözlənilən əməliyyatının qarşısını almaq üçün terrorçularla birlikdə Suriyanın şimalında patrul xidməti həyata keçirirlər.

Xatırladaq ki, noyabrın sonunda Ankara Suriyanın şimalında, eləcə də İraqda hava əməliyyatına başlayıb. Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrorla mübarizədə uğurunu qeyd edib və yaxın zamanda quru əməliyyatının da keçirilə biləcəyini bildirib.

“Yeni Şafak” qəzeti yazır ki, Vaşinqton yenidən PKK-nı silahla təmin edir və Amerika əsgərləri Türkiyənin növbəti əməliyyatını planlaşdırdığı Suriyanın şimalında patrul nəzarəti həyata keçirir.

“Suriyanın şimalında PKK düşərgələrinə qarşı əməliyyata hazırlıq görülərkən, terrorçuları yetişdirən ABŞ daha bir addım atıb. ABŞ PKK/YPG döyüşçüləri ilə patrul əməliyyatlarının bərpa olunduğunu elan etməklə terror təşkilatına da “Biz sizinləyik!” mesajı göndərib”, deyə qəzet yazır.

pia.az