Professordan “xərçəng pandemiyası” xəbərdarlığı

2030-cu ildə xəstələrin sayı 4 dəfə çox olacaq...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Əhməd Serdar Karaca xərçəngin artmasına diqqət çəkib:

“Xərçəngdə yüksəliş tendensiyası bu şəkildə irəliləsə, sovuşdurduğumuz Covid-19 pandemiyası kimi bir xərçəng pandemiyası haqqında danışmalı ola bilərik. Statistikaya baxdıqda 2030-cu ildə təəssüf ki, xərçəng xəstələrinin sayının indikindən 4 dəfə çox olacağını görürük. Ona görə də, bu gün xərçəng xəstəlikləri ilə bağlı lazımi tədbirləri almalıyıq”.

Qadınlarda döş xərçəngi, kişilərdə isə ağciyər xərçəngi Türkiyədə ən çox görülən xərçəng növləri arasındadır. Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Əhməd Sərdar Karacanın sözlərinə görə, xərçəngdə erkən diaqnoz və müalicə üsullarında irəliləyiş olmazsa, qarşıdakı illərdə xəstələrin sayı artacaq.

Türkiyə Cərrahiyyə Dərnəyinin prezidenti Prof. Dr. Əhməd Sərdar Karaca bütün dünyada onkoloji xəstəliklərin artdığını bildirərək xəbərdarlıq edir:

“2007-2010-cu illərə nəzər saldıqda, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ölümlərdə ürək-damar xəstəlikləri birinci yerdədir. 2017-ci ildə isə onkoloji xəstəliklər, yəni xərçəng təəssüf ki, dünyada bir nömrəli ölüm səbəbi oldu”.

pia.az