DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxılıb

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğında zərərçəkənlər evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib: "Onlar ambulator müalicə üçün evə buraxılıblar".

Qeyd edək ki, yanğında 14 nəfər tüstüdən zəhərlənmişdi.

pia.az