Azərbaycanın Dünya Bankı ilə birgə icra etdiyi layihələrin sayı açıqlanıb

Bu günə qədər Azərbaycan Dünya Bankı ilə birgə 3,2 milyard ABŞ dolları dəyərində 49 layihə icra edib, hazırda isə 3 layihənin icrası davam etdirilir.

PİA.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, həmin layihələrdən biri nazirliyin benefisiarlığı ilə həyata keçirilmiş "Yaşıl İqtisadiyyat"ı dəstəkləyən "Bərk məişət tullantılarının idarə edilməsi layihəsi"dir ki, uğurlu icrasına görə Dünya Bakının mükafatına layiq görülüb.

pia.az