Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti bir unsiya üçün 1 780 ABŞ dolları səviyyəsində sabitləşib.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,01 % və ya 0,01 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1821,85 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,23 % artaraq 1 unsiyası 22,387 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn həftə məzənnə ilə bağlı açıqlanacaq qərarını gözləyirlər.

FED-in növbəti iclası dekabrın 13-14-nə planlaşdırılıb. İclasın nəticələrinə əsasən tənzimləyici baza dərəcəsi ilə bağlı qərarını elan edəcək və makroiqtisadi proqnozları yeniləyəcək, daha sonra isə ABŞ Mərkəzi Bankının rəhbəri Cerom Pauel mətbuat konfransında çıxış edəcək.

pia.az