ABŞ müharibə meydanında Ukraynaya nə qədər kömək edəcək?

Dövlət Katibi Entoni Blinken ölkəsinin Ukraynaya hansı zamana qədər hərbi dəstək verəcəyini açıqlayıb…

PİA.az xəbər verir ki, ABŞ Dövlət Katibi Entoni Blinken The Wall Street Journal CEO Sammmitində çıxışı zamanı bildirib ki, onun ölkəsi Kiyevə ancaq fevralın 24-dən sonra Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmağa kömək edəcək.

Analitiklərin fikrincə bu mövqe ABŞ rəsmilərinin Ukrayna prezidenti Vladimir Zelenskiyə Krımın qaytarılması ilə bağlı sərt xəttindən əl çəkərək “daha realist” olmaq üçün açıqlanmayan təklifləri ilə səsləşir.

WSJ diplomatik mənbələrə istinadən noyabrın 14-də Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Kiyevə səfəri (noyabrın 4-də baş tutub) zamanı da bu fikirləri səsləndirməsi ilə bağlı məlumat yaymışdı.

Bu arada Pentaqondan bildiriblər ki, Birləşmiş Ştatlar Ukraynanın uzaq mənzilli zərbələr üçün silah hazırlamasına mane olmayacaq.

pia.az