İran Azərbaycan-Türkiyə birgə təlimlərini gərginliklə izləyir...

İran sərhədi boyunca keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri Tehranda narahatlıqla izlənilir…

PİA.az xəbər verir ki, “İran Press” Agentliyinə Azərbaycan-Türkiyə hərbiçilərinn birgə təlimlərini şərh edən hərbi ekspertlər bildiriblər ki, bu təlimlər “müsəlman ölkələri arasında mehriban qonşuluğa qarşı yönəlmiş” addımlardır.

Bu anonim ekspertlər onuda qeyd ediblər ki, Azərbaycan SEPAH-ın sərhəddə keçirilən təlimlərindən, Türkiyə isə yunan-kipr təlimlərindən narazı idi, buna baxmayaraq son iki ildə Türkiyə və Azərbaycan onlarla birgə hərbi təlim keçiriblər.

Ekspert şərhlərində qeyd olunur ki, “Bakı Türkiyə və İsrail kimi müttəfiqlərinə güvənir, ancaq unudur ki, xarici dövlətlər Cənubi Qafqazda sülhün olmasını istəmirlər”,

Öz növbəsində, Qafqaz regionu üzrə ekspert, iranlı politoloq Dəməvandi İSNA-ya bildirib ki, bu təlimlər “birmənalı şəkildə Ermənistana və İrana siqnal rolunu oynayır”.

O, Azərbaycanı “İrana qarşı təxribatları dayandırmağa və yadda saxlamağa çağırıb ki, digər ölkələrin dəstəyi olmadan Bakı Tehrana rəqib deyil”.

İranlı politoloq onu da vurğulayıb ki, bu dəstək, məsələn, Ərdoğan qarşıdan gələn prezident seçkilərində uduzsa, yox ola bilər.

pia.az