Xorvatiyada qırıcı qəzaya uğrayıb, pilotlar axtarılır

Xorvatiya Hərbi Hava Qüvvələrinin MiQ-21 qırıcı təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb...

PİA.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Təyyarənin günorta saatlarında Slatina şəhəri yaxınlığında qəzaya düşdüyü bildirilir.

Hazırda pilotların axtarışı aparılır.

pia.az