ABŞ-dan Çinlə bağlı bəyanat: Gərginlik artır...

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Çinlə “gərgin” rəqabətdə olduğunu açıqlayıb...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken The “Wall Street Journal”ın (WSJ) rəhbər konfransında çıxış edib.

Entoni Blinken deyib ki, Ukrayna-Rusiya müharibəsi üzrə beynəlxalq tribunalın hazırlanması “masadadır”.

Blinken: “Baş verənlərə görə məsuliyyət daşımaq çox vacibdir. Məlumat toplamaq önəmlidir”, deyib.

ABŞ-ın Çinlə gərgin rəqabətdə olduğunu bildirən Blinken deyir:

“Gərgin rəqabətdəyik. Lakin bunun münaqişəyə çevrilməsini istəmirik”.

Blinken ABŞ-ın Çinlə ümumi məsələlərdə əməkdaşlıq yollarının tapılmasını vacib hesab etdiyini bildirib.

ABŞ-ın Ukraynada mümkün sülh danışıqlarının ədalətli və daimi sülh gətirməsini istədiyini ifadə edən Blinken: “Ukraynadakı müharibə mütləq diplomatiya və danışıqlarla bitəcək. Bununla belə, ədalətli və qalıcı bir sülh olmalıdır”, deyib.

Blinken, həmçinin, ABŞ-ın Ukraynada “saxta” bir sülhdən qaçmaq istədiyini bildirib.

pia.az