Rostovda hərbi geyimli maskalı şəxs polislərə atəş açıb

Rostov vilayətinin Novoşaxtinsk şəhərində bir nəfər hərbi geyimli maskalı şəxs polisə atəş açıb, sonra qaçıb…

PİA.az xəbər verir ki, bu barədə yerli 161.ru saytı Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinə istinadən xəbər verib. “Baza” teleqram kanalı isə yazır ki, atəş açan şəxs cəbhədən qaçan fərari ola bilər.

Hadisə bu gün saat 12 radələrində baş verib. Atəş açan adam kamuflyajda olub, onu axtarırlar. İlkin məlumata görə, bir polis yaralanıb.

“Baza” yazır ki, patrul xidmətinin üç əməkdaşı “ərazini “darayarkən” qəfildən meşədə kamuflyaj köynək geyinmiş və əlində silah olan bir adam görüblər”. Polisləri görən kişi atəş açmağa başlayıb.

“Mash” teleqram kanalının məlumatına görə, şəhərdə “Siqnal” planı üzrə axtarış tətbiq edilib. “Mash” və “Baza” atəş açan adamın Luqansk cəbhəsindən qaçan adamı fərari hesab edirlər.

161.ru hadisə şahidlərinə istinadən yazır ki, Novaya Sokolovka ərazisində atışma səsləri eşidilib. Nəşrin mənbəsi bildirib ki, həmin şəxs bir deyil, iki polis əməkdaşını yaralayıb. Portalın hüquq-mühafizə orqanlarındakı həmsöhbətinin sözlərinə görə, şəhərə giriş-çıxışlar bağlanıb.

Qeyd edək ki, Novoşaxtinsk Luqansk vilayəti ilə həmsərhəddir.

pia.az