Con Bolton prezidentliyə namizəd olacaq – Trampın açığına…

ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton 2024-cü il prezident seçkilərində iştirak etməyə qəarar verib…

PİA.az xəbər verir ki, siyasətçi bu barədə özünün Twitter səhifəsində yazıb.

Conson namizədliyini sabiq prezident Donald Trampın ikinci müddətə prezident seçilməsinin qarşısını almaq verəcəyini bildirib.

“Tramp etdiyi kimi konstitusiyanın özünə etiraz etdiyiniz zaman, siz amerikalı deyilsiniz. Əgər Respublikaçılar Partiyasından hazırkı prezidentliyə namizədlər Trampı rədd etməsələr, o zaman mən yarışda iştirak etməyə hazıram”, deyə Bolton tvitində yazıb.

Qeyd edək ki, Con Bolton 2018-219-cu illərdə Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri olub. Sonradan onlar yola gedə bilmədiklərinə görə, Bolton istefa verib.

pia.az