Fərid Şəfiyev dövlət qurumlarına çağırış etdi
Oxu Az-ın məlumatına əsasən, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda keçirilən təlimdə deyib.
O bildirib ki, bu, təkcə postmünaqişə mərhələsi ilə bağlı deyil:
“Yeni çağırışlarda Rusiya - Ukrayna müharibəsi ilə bağlı bir sıra məqamlar dayanır. İkinci məsələ İran - Azərbaycan münasibətləri ilə bağlıdır. Həmçinin İran - Qərb münasibətləri, İran daxilindəki vəziyyət, nüvə silahı ilə bağlı danışıqlar və pandemiyadan sonra yaranan durum yeni çağırışlara əsas verir”.
Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı proseslər dördüncü istiqamət kimi götürülə bilər.
“Bizim xarici siyasətdə Azərbaycan - Ermənistan sülh danışıqları məsələsi də əsas məsələlərdəndir. Azərbaycan Ermənistanın təxribatlar törətməsi üçün potensialını düzgün qiymətləndirməlidir. Rəqibi potensialını bilmək vacibdir”, - deyə o əlavə edib. Fərid Şəfiyev bildirib ki, 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalardan sonra müvafiq dövlət qurumları brifinqlər keçirmədilər.
“Azərbaycanın dövlət qurumları belə brifinqlər, mətbuat konfransları keçirməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, media nümayəndələri üçün keçirilən təlimin təşkilatçıları BTMT və MEDİA Agentliyidir.
pia.az