Kürdəmirdə avtomobil arxa aşıb, iki nəfər ölüb

Kürdəmirdə 2 nəfərin ölümü və 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Qarasaqqal kənd yolunda qeydə alınıb.

Rayonun Yenikənd kənd sakini, 1993-cü il təvəllüdlü Abdulla Təvəkkür oğlu Qubadovun idarə etdiyi "KİA" markalı minik maşını idarəetmədən çıxaraq arxa aşıb.

Nəticədə sürücü, A. Qubadov və sərnişini 1988-ci il təvəllüdlü Ramai Durhəsən oğlu Daşdıyev aldıqları ağır xəsarətlərdən ölüb. "KİA"-da olan daha 2 sərnişin- 1992-ci il təvəllüdlü Elmir Fərhad oğlu Nəbiyev və onun həmyaşıdı Mayıl Habil oğlu Manafov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

pia.az