ABŞ Ukraynanın Rusiyanı vura bilməməsi üçün HIMARS-larda dəyişiklik edib

Pentaqon Ukraynanın Rusiya ərazilərini vura bilməməsi üçün HIMARS sistemlərini yeniləyib…

PİA.az xəbər verir ki, barədə ABŞ rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə Pentaqon Ukraynaya təhvil verilən HIMARS sistemlərində Rusiyaya raket zərbləri endirilməməsi üçün dəyişiklik edib. Yeni HIMARS-larda 300 kilometrə qədər uçuş məsafəsi olan ATACMS raketlərindən istifadə etmək mümkün olmayacaq.

The Wall Street Journal hesab edir ki, bu yolla Vaşinqton Moskva ilə münaqişənin gərginləşməsi riskini azaltmağa qərar verib.

pia.az