“Avropalı xiristianlar İŞİD-ə qarşı döyüşə gedir“ - Avropa Birliyindən şok hesabat

Avropa Birliyi Komissiyasının hazırladığı bir hesabata görə, İŞİD-ə qarşı vuruşmaq üçün Yaxın Şərqə gedən xiristianların sayı durmadan artır.
Avropa.info  xəbər verir ki,  hesabata görə,  İŞİD-lə savaşa  üçün Suriyaya gedən xristianlar  PKK-nın  bu ölkədəki qolu olan PYD-yə qoşulurlar.Mərkəzi ofisi  İtaliyada yerləşən  "Agenformedia"  Araşdırma  Mərkəzi  tərəfindən  Avropa Birliyi Komissiyasının dəstəyi ilə hazırlanan hesabat barəsində danışan   Yaxın Şərq  üzrə  araşdırmaçı , adı çəkilən  Mərkəzin direktoru  Serxio Bianci Avropada bəzi xristianların  Suriyaya və İraqa getdiyini  deyib." Son illər  Qərbi Avropadan  Yaxın Şərqdəki  savaşlara qoşulanlar oldu. Avropadan gedənlərin  çoxu  İsveç, Almaniya, Hollandiya, İsveçrə  kimi  ölkələrdən oldu. Hazırda Avropadan  İŞİD-lə döyüşmək üçün 40 nəfərin Suriyaya getdiyi bəlli olub.Suriyanın şimalındakı  bəzi bölgələrin  güvənliyinin  kürd və xristianlarlardan  təşkil olunmuş  "Sutoro" adlı  qurumun əlində olduğunu deyən  Bianci , adı  çəkilən  qüvvənin  Bəşər Əsəd hökumətinə dəstək verdiyini  bildirib. "Onlar Suriyada Bəşər Əsəd hökuməti ilə ortaqlıq edirlər. İŞİD-ə qarşı döyüşlərdə yer aldılar. Hazırda ən böyük  əndişləri İŞİD tə