“Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının qurulmasına dəstək” layihəsi həyata keçirilib

“Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının qurulmasına dəstək” layihəsi həyata keçirilib...

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində 14-20 noyabr 2022-ci il tarixlərində “Uğurlu Gələcək” İctimai Birliyi tərəfindən Mingəçevir şəhərində keçirilmiş layihədə gənclərə beynəlxalq əməkdaşlıq, əməkdaşlığın qurulması üsul və ardıcıllığı, beynəlxalq tələblər, beynəlxalq tərəfdaşların tapılması mexanizmləri, beynəlxalq təmsilçilik və s. məsələlər üzrə bilik və bacarıqlarının artırılması üçün təlimlər keçilmişdir.

Layihənin əsas məqsədi gənclərin beynəlxalq münasibətlərin qurulması üzrə bilik və bacarıqlar əldə etmələrinə təkan verməkdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında və beynəlxalq arenalarda uğurla təmsil olunmalarına fayda verəcəkdir.

##galery##

pia.az