Monqolustan paytaxtında etiraz aksiyaları keçirilir

Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyaları keçirilir...

APA xəbər verir ki, bu barədə “News.mn” məlumat yayıb.

Qeyd olunub ki, Hökumət Evinin qarşısında keçirilən aksiya artıq 3 gündür ki, davam edir.

Etirazçılar Hökumət Evinə daxil olub.

Əlavə olunub ki, etirazlara səbəb son iki il ərzində ixrac üçün nəzərdə tutulan kömürün oğurlanmasıdır.

Küçələrə axışan insanlar hökumətdən tələb edir ki, Çinə göndərilməsi nəzərdə tutulan, lakin gedib çatmayan 13 milyard dollarlıq kömürün oğurlanmasına məsul şəxslərin adları təqdim olunsun.

Hökumət binası hazırda polisin nəzarətindədir, xəsarət alanlar barədə məlumat yoxdur.

pia.az