İran prezidenti kontitutsiyada dəyişiklik ediləcəyini deyib

İran prezidenti İbrahim Rəisi konstitutusiyanın bəzi maddələrinin dərişdiriləcəyini istisna etməyib…

PİA.az xəbər verir ki, bu barədə Al Hadas telekanalı məlumat yayıb. Telekanal bildirir ki, Rəisinin bəyanatı İranda iki ay yarımdır davam edən etiraz aksiyaları fonunda səsləndirilib.

“İranın konstitusiyası elə hazırlanıb ki, dalana dirəndiyi halda çıxış yolu nəzərdə tutulub. Ona görə də konstitutsiyanın bəzi müddəalarının həyata keçirilməsində çevik üsullardan istifadə etmək olar”, deyə İran prezidenti bildirib.

Qeyd edək ki, bu gün İranın baş prokuroru əxlaq polosinin ləğv edildiyini bildirib. Bununla yanaşı Baş prokuror Möntəziri “hicab daşınmasının məcburiliyi haqda” qanuna yenidən baxılacağını deyib.

pia.az