"Keçmiş əslində sükutdu" - Paşa Talıblı

Keçmiş və gələcək..

...sənə qəribə gəlməsin!Amma bilirəm gələcək....gedirəm, qarşıma keçmişçıxırgəlirəm - gələcək!

Keçmiş- mağara şəklində!Ağzını hörür hörümçək......gələcək əvvəlin işi -uzunömürlü gələcək!

...tarix elə bir vaxtdı ki;hər vaxtın bir tarixi var....və onu dəst-xətt etməyəheroqlif həm də mixi var.

Vaxtilə bir vaxt varıydı - etirazlar "ək çək" boyda!...keçmiş əslində sükutdu!Sükutu gələcək boyda!

...sənə qəribə gəlməsin!Amma bilirəm gələcək....gedirəm, qarşıma keçmişçıxırgəlirəm - gələcək!

Sözün möhürü...

Cəllad, nə bilirsən möhürbənd nədir...Nə qan yaz adına, nə də qətli, de!..."slovo doroje çem peçat" -yənibizdə möhürdən də söz qiymətlidi!

...bəndin ən gözəli bəndə düşəndi!Bənd-bərə necədi gör indi, cəllad!Sənin güvəndiyin dar ağacındanbir bəndin kölğəsi sərindi, cəllad!

...şaqraq dağ çayıdı, odu gülür ey!...üzndə Göyçədi Dərbənddi hər bənd!...məni dartıb çəkən dar ağacına -görkəmə çıxaran bir fənddi hər bənd!

...dodaqdəyməzi var qıfılbəndi var!...boyunu bükənlər bükəcək yenə!Cəllad, gecə bənd-bənd yazdığım şeribənd-bənd Aşıq Abbas sökəcək yenə!

Yenə dağıdacaq bəndi-bərəndi......sazın tufanına dözən bəndmi var?Cəllad, nə bilirsən gözəl bənd nədir?Yazdığım bu bənddən gözəl bəndmi var?

Sitatın sonu...

...mağara divarlarındamin illərin əl işləri,min illərin Tanrıları,qurumuş Tanrı döşləri.

Özləri bir od parçası -odu necə əkmək közə?...ağlamaqmı ya gülməkmi - hansı dərdi çəkmək gözəl?

...mağara divarlarındait ay şəklindədi, ay it....hər şey özünə aiddir,heç nə yox tarixə aid!

...günlər bir-birinin eyni -birincisi, onuncusu!...tarix hər gün sona çatır - bu gün də bir sonuncusu.

Paşa Talıblı

pia.az