Türkiyə MİDLAS şaquli raket buraxılış sistemini uğurla sınaqdan keçirib - Video

Türkiyədə yerli istehsal olan şaquli buraxılış sistemi MIDLAS uğurla sınaqdan keçirilib.

“Report” “Anadolu”ya istinadən istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir deyib.

Onun sözlərinə görə, atış Türkiyə istehsalı olan HİSAR zenit-raket kompleksi (SAM) tərəfindən həyata keçirilib.

Sədr qeyd edib ki, türk tərtibatçıları gəmilərdən atəş açacaq hava hücumundan müdafiə sistemlərinin əsasını qoyublar.

“2023-cü ildə MIDLAS sistemi “İstanbul” freqatına inteqrasiya olunacaq və Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək”.

pia.az