Görmə məhdudiyyətli insanlar üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanıb

Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb...

Bu barədə PİA.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda mərhələylə mümkün olacaq.

pia.az