“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Vəziyyəti ağırdır...

Xalq artisti Aftandil İsrafilov reanimasiyaya yerləşdirilib.

Sənətçinin ailə üzvü Oxu.Az-a açıqlama verərək bildirib ki, qarmon ifaçısının vəziyyətinin pisləşməsinə səbəb həkimlərin onu səhv müalicə etməsi olub:

“Dünən evdə huşunu itirdi, dərhal başqa xəstəxanaya apardıq, reanimasiyaya yerləşdirildi. Həkimlər kreatininin yüksək olduğunu və hər an komaya düşə biləcəyini dedilər. Hazırda əllərindən gələni edir, inşallah, bu ağır günlər keçəcək.

Dünəndən onun üstünə düşüblər, dəqiq diaqnoz hələ ki yoxdur, çünki xəstəlik kompleks şəklindədir. Ağ ciyərlərinə su yığılıb, böyrək çatışmazlığı riski var, ayaqları şişib, ürəyində də problem var”.

***

Xalq artisti Aftandil İsrafilovun səhhətində problemlər yaranıb.

PİA.az xəbər verir ki, ötən gün vəziyyəti ağırlaşan sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib. Onun sözlərinə görə həkimlər Xalq artistinin vəziyyətini ağır qiymətləndirirlər:

"Sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adamdır. Amma dünya halıdır. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Allah köməyi olsun, deyirəm. Bizim dost itirən vaxtımız deyil!".(Qaynarinfo)

pia.az