Azərbaycanda təbiət hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemi yaradılır

Ölkədə təbiət hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin yaradılması üçün tədbirlər planı hazırlanır...

PİA.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.

O bildirib ki, təbii fəlakətlərin qarşısını almaq mümkün deyil:

"Belə olsaydı, inkişaf etmiş ölkələrdə təbii fəlakətlər olmazdı. Lakin qabaqcadan və dəqiq verilən proqnoz və xəbərdarlıqla təbii fəlakətlərin vurduğu zərərləri azaltmaq olar".

pia.az