Şuşada yanacaq yüklü maşın aşdı: ölən var

Şuşada yanacaq yüklü maşın aşdı...

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan "Mersedes" markalı avtomobil aşıb.

PİA.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az