Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Rusiyanın Primorsk diyarında “MiQ-31” qırıcısı qəzaya uğrayıb.

Bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.

Qeyd olunur ki, “MiQ-31” havaya qalxandan dərhal sonra qəzaya uğrayıb. Sıradan çıxan qırıcı meşə massivinə düşüb.

Ekipaj katapult edərək xilas olub.

pia.az