Ermənilər Putin üçün yeni muzdlu ordu yaradır…

Kreml Qərbə və Ukraynaya qarşı yeni qaydasız oyuna start verib...

Erməni əsilli rusiyalı milyaerder Karapet Samverlyan kriminallardan ibarət yeni muzdlu ordu yaratmaqla tapşırıq alıb. PİA.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Samvelyan bu işi digər bir erməni ilə - Rusiyanın və yeni işğal olunmuş ərazilərdə həbsxanaların yeni “baxıcısı” təyin olunan kriminal avtoritet Armen Sarkisyanla həyata keçirəcək. Samvelyan yeni muzdlu ordunun maliyyələşdirəcək, Sarkisyan isə bu maliyyə ilə dustaqlardan yeni ordu formalaşdıracaq.

Yeni muzdlu ordunun yaradılma ehtiyacı isə Priqpjinin ABŞ-da və Avropada Yevgeni Priqojinin “Vaqner” qrupunun terror təşkilatı elan olunması ilə bağlı qanunun müzakirəyə çıxarılması ilə bağlı olduğu bildirilir. Çünki “Vaqner” Özəl Hərbi Şirkəti terror təşkilatı elan olunduqdan sonra Priqojinin manevr etmək imkanları həddindən artıq məhdudlaşacaq. “Vaqner” qrupunun terror təşkilatı elan olunması isə ilin sonuna qədər baş verə bilər.

Qeyd edək ki, Samvel Karapetyan daha çox “Qazprom” və Rotenberq-Qromov qrupu ilə əlaəqlidir. Lakin onun Rusiya hakimiyyətinin “Moskva qruplaşması” ilə də sıx əlaqədə olduğu bildirilir. Karapetyanı həmçinin Şoyqu və onun qrupu da dəstəkləyir.

pia.az