ABŞ və Fransa hərbi-texniki əməkdaşlığı genişləndirəcək

ABŞ və Fransa perspektivli hərbi-texniki əməkdaşlığı genişləndirməyi planlaşdırır…

PİA.az xəbər verir ki, belə bir birgə bəyanatla Co Bayden və Emmanuel Makron Ağ Evdəki görüşündən sonra Ağ Evin mətbuat xidməti çıxış edib.

“Prezidentlər müdafiə sahəsində qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu gələcəkdə çəkindirmə və müdafiədə siyasəti üçün əsas rol oynayacaq”, Ağ Evin mətbuat xidməti bildirib.

Qeyd edək ki, dekabrın 1-də Fransa prezidenti Emmanuel Makron ABŞ-a səfər edib. Səfərdən əvvəl Makron iki ölkə arasında danışıqların əsas mövzusunun Ukrayna müharibəsinin və ABŞ-ın yeni iqtisadi siyasətinin Avropa iqtisadiyyatına təsirlərinin yaratdığı nəticələr olacağını bildirmişdi.

pia.az