Xameneyi: “Bu iğtişaşlar tezliklə bitməyəcək”

Hakerlər İranda hakimiyyətdaxili müzakirələrlə bağlı məlumatları ələ keçirib...

PİA.az xəbər verir ki, “Fars” xəbər agentliyinə haker hücumu nəticəsində əldə olunmuş məlumata görə, İranda insanların 84%-i etirazları problemlərin həlli hesab edir. Bu məlumat SEPAH-ın baş komandanı Hüseyn Səlami üçün hazırlanıbmış.

Bu bülletendə hökumətin bəzi daxili xəbərləri, onun rəhbərinin sərəncamları və cəmiyyətin oriyentasiyaları ilə bağlı statistik məlumatlar var ki, onların da bir çoxu mediada yer almır.

Adətən dövlət məmurları və qurumları üçün xüsusi bülletenlər hazırlanır ki, orada xəbərlər məxfi, tam məxfi və ya qismən məxfi kateqoriyalara bölünüb tərtib edilir. Bu hesabat daha çox İnqilab Keşikçiləri Qvardiyasına bağlı olduğu bildirilən “Fars” Xəbər Agentliyinin işinin və görülən işin effektivliyinin xülasəsinə bənzəyir.Dövlət rəhbərinin Sistan və Bəlucistan məsələsinə münasibəti bu bülletenin ilk mövzularından biridir. Buna əsasən, Ayətullah Xameney Ali Milli Təhlükəsizlik Şurasının və polis qüvvələrinin bəluc lider Mövləvi Əbdül Həmidin həbs edilməsi ilə bağlı qərara qarşı çıxıb. Bu bülletenə əsasən, Ayətullah Xameneyi, Mövləvi Əbdül Həmidə qarşı dözmlü davranmaq lazım olduğunu və onun “qabiliyyətinin” zamanla əlindən alınacağını bildirib.

Hesabatda Xameneyidən sitat gətirilərək yazılıb: “Zahidanda baş verən iğtişaşların araşdırılması zamanı Mövləvii Abdul Hamid həbs edilməməlidir. Daha çox hörmətdən salınmalıdır”.

“Fars” Agentliyonon bülleteninə görə, Zahidanda “Qanlı cümə”nin baş verməsinin səbəbi prezident İbrahim Rəisinin və Ali Milli Təhlükəsizlik Şurasının Əli Şəmxaninin gec qərar verməsi olub.

Qeyd edək ki, Zahidanda baş vermiş “Qanlı Cümə” günü ilə bağlı” Ayətullah Xamenei kütləyə atəş açan şəxsin həbsi barədə göstəriş verib. Bunun əsasında İbrahim Rəisinin dəvəti ilə Hüseyn Fədai, Qulam Əli Həddad Adel, Möhsün Rezai, Məhəmməd Baqer Zülqadir, Əli Əsgəri, Əlirza Zəkani, Hüseyn Taib və Əziz Cəfərinin də daxil olduğu İnqilabçı Qüvvələr Koalisiyasının məsləhət şurasının iclası keçirilib. Bu görüşdə Haddad Adel bildirib ki, İnqilabçı Qüvvələr Koalisiyasının Qəyyumlar Şurasının səlahiyyətləri seçkilərdən də üstün, “bütün inqilab üçün” olmalıdır.

Bülletenin bir hissəsində Həddad Adelin Ayətullah Xameneyiyə “Səfərbərliyimiz zəifləyib və səfərbərlik gücünü itirib”, dediyi bildirilir.

Bu hesabatın başqa bir hissəsində cənab Xameneyinin “Niyə geridə qalırıq? Bacardığınız qədər kişilərə media vasitələrindən yaxşı mənada istifadə etmələrini söyləyin. Bu məsələlər - iğtişaşlar tezliklə bitməyəcək”, dediyi qedy olunur.

Bu bülletendə Məhəmməd Baqir Qalibafla İbrahim Rəisi arasındakı fərqdən bəhs edilir və Qalibafın hökumət rəhbərini tənqid etdiyi deyilir: “Siz hökuməti razı salmalısınız... amma onlar heç vaxt bizdən razı deyillər və səbəb də budur ki, hökumətin işində bir plan və məqsəd yoxdur”.

Bülletenə görə, Qalibaf xəstəliyi səbəbindən koalisiyanın məsləhət şurasının iclasında iştirak etməyib.

Bu bülletenin növbəti hissələrində “Ayətullah Xameneyinin açıqlamaları və planlarının əksi” və SEPAH-ın fəaliyyəti müzakirə olunub.

Bülletenin başqa bir hissəsində hökumətə yaxın siyasətçilərin Məhəmməd Baqir Qalibafın Ayətullah Xameneyi ilə görüşündən narazı olduqlarından bəhs edilir, çünki o, bu fürsətdən istifadə edərək “hökuməti tənqid edir”.

Bu bülletenin bir hissəsində dövlət qurumlarının statistikasına istinadən qeyd olunur ki, insanların 51%-i hicabın könüllü olmasını istəyir. 53 faiz polisin fəaliyyətindən narazıdır. İnsanların 56%-i etirazların davam edəcəyinə inanır, 48%-i isə İranın parçalanmasından narahat deyil.

“Fars” Bulletinində təqdim olunan statistikaya görə, insanların 84%-i küçə etirazlarını problemlərin azaldılması amili hesab edir.

Yerli xəbərlərin və statistikanın başqa bir hissəsində isə etirazların ən böyük nailiyyəti insanların ordu və polis qüvvələri qarşısında qorxu hissini itirməsidir. Bundan başqa, həbs edilənlər arasında bir sıra dövlət qulluqçularının övladlarının və “şəhid” ailələrinin də olduğu qeyd edilib.

Bu hesabata görə, xalqın 70%-i rejimə və inqilaba dəstək yürüşündə iştirak etmək istəmir. 21,4%, 5, 9% isə müəyyən dərəcədə variantı seçib.

Qeyd edək ki, “Fars” Xəbər Agentliyi “Qara Mükafat” qrupu tərəfindən haker hücumuna mərzu qalıb. “Fars” Xəbər Agentliyi isə yayılan informasiyaları təkzib edib.

Mənbə: bbc.com/persian

Tərcümə PİA.az-a aiddir

pia.az