Ölən hamilə qadının qohumu: “Təcili yardıma 45 dəfə zəng vuruldu” - Yenilənib,Video

Bakıda hamilə qadın evdə ölüb.

Bakıda evdə hamiləlik qanaxmasından vəfat edın qadının qohumları danışıblar.

Qohumların sözlərinə görə, dəfələrlə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng etsələrdə onlar ünvana vaxtında çatmayıblar:

“Təcili yardıma 45 dəfə zəng vuruldu. 2 saat sonra gəldilər. Gəlirik dedilər, amma gəlmədilər”.

Daha ətraflı Baku TV-nin süjetində:

***

"Report"un məlumatına görə, hadisə noyabrın 30-da Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhərində anadan olmuş, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Binəqədi rayonu ərazisindəki ünvanda hamiləlik qanaxması səbəbindən vəfat etib.

N.Həsənovanın meyiti daxili müayinə edilməsi üçün MTE va PA birliyinə göndərilib.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az