Bakı ilə dialoq dalana girməyib – Erməni deputat

Yeravan Bakı ilə danışıqlardan və əldə olunan razılaşmalardan imtina etməyib…

PİA.az xəbər verir ki, belə bir bəyanatla Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan çıxış edib.

Qeyd edək ki, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Fransa prezidenti Emmanuel Makronun da dekabrın 8-də Brüsseldə nəzərdə tutlan görüşdə iştirakını şərt kimi ortaya atmasından sonra Baş nazir Paşinyanla görüşməkdən imtina etmişdi.

Ağacanyan jurnalistlərə bildirib ki, belə halalr əvvəllərdə olub. Ona görə də Ermənistan tərəfi çalışacaq dekabrda iki ölkənin liderlərinin görüşü baş tutsun.

pia.az