İŞİD yeni liderinin seçildiyini elan edib

İŞİD yeni liderinin təyin olunduğunu elan edib

İŞİD nümayəndəsi etiraf edib ki, qruplaşmasın lideri Əbülhəsən əl-Kuraşi öldürülüb. Qruplaşma bu gün yeni liderin təkin seçildiyini də bildirib...

PİA.az xəbər verir ki, bu barədə Reuters qruplaşmanın nümayəndələrindən birinin teleqram kanalındakı audiomüraciətinə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, Əbu əl-Hüseyn əl-Hüseyni əl-Kuraşi İŞİD-in yeni lideri seçilib.

Mart ayında İslam Dövlətinin əvvəlki rəhbərinin öldürülməsi ilə bağlı xəbər yayılıb. Həmin vaxt ABŞ prezidenti Co Bayden bildirmişdi ki, qruplaşma lideri ABŞ Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyanın şimal-qərbində öldürülüb. Həmçinin Baydenin qeyd etmişdi ki, əməliyyatda iştirak edən ABŞ hərbçiləri sağ-salamat geri qayıdıblar.

pia.az