İspaniyada Ukrayna səfirliyində partlayış olub

Ukraynanın Madriddəki səfirliyinə göndərilən zərfin açılmasından sonra baş verən partlayışda bir nəfərin yaralandığı bildirilib...

PİA.az xəbər verir ki, İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanan məlumatına görə, bu gün günorta saatlarında Ukraynanın Madrid səfirliyində partlayışın baş verdiyini bildirib.

Xəbərdə partlayışın səfirliyə çatdırılan zərfin açıldığı zaman baş verdiyi, bir məmurun yüngül xəsarət aldığı qeyd edilib.

Xəsarət alan Ukrayna səfirliyinin əməkdaşının piyada olaraq ən yaxın “Nuestra Senora de America” xəstəxanasına aparıldığı və səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə əlaqədar terror aktı protokolunu həyata keçirən İspaniya polisi “Tedax” bomba zərərsizləşdirmə qrupunun mütəxəssislərini Ukrayna səfirliyinə göndərib. Polis ərazini mühasirəyə alaraq təhlükəsizlik dairəsi yaradıb.

Partlayışa zərfin içindəki mexanizmin səbəb olduğu paylaşılıb. Ukrayna səfirliyi hələlik insidentlə bağlı şərh verməyib.

pia.az