İsmayıllı sakinindən tüfəng götürüldü

Avqustun 28-də İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Əlvan Allahverdiyev RPŞ-yə ərizə ilə müraciət edərək avqustun 27-də həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açmasını bildirib
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılmış, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.