Meqan Markl Britaniya kral sarayında yaşayarkən təhdid edilib

“Meqan Markl Londonda olarkən ciddi təhdidlər alırdı”...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sasseks şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın Britaniya krallıq sarayında yaşadığı dövrdə iyrənc və kifayət qədər ciddi təhdidlər aldığı bildirilib. Meqan Markl bir müsahibəsində həmin vaxt intihar etmək həddinə çatdığını da demişdi.

Metropolitan Polis Xidmətinin Terrorla Mübarizə üzrə Komissarının keçmiş müavini Neil Basu “Channel 4 News”a Markla qarşı olan təhdidlər barədə danışıb: “Markl həmişə təhlükə hiss edibsə, bunu anlaya bilər”.

“Əgər siz yazılanları görsəydiniz və bu təhdidləri alsaydınız, özünüzü daim təhlükədə hiss edərdiniz”.

Əsasən radikal sağçılardan gələn təhdidlərin inandırıcı olub-olmaması ilə bağlı suala Basu: “Qətiyyən. Bunu araşdıran qruplarımız var idi. İnsanlar bu təhdidlərə görə məhkəmə qarşısında cavab verdi”, deyib.

Qeyd edək ki, şahzadə Henri və həyat yoldaşı 2020-ci ilin yanvarında krallıqdakı stauslarından imtina edrərək, daha müstəqil həyat sürmək və Britaniya mediasından uzaqlaşmaq üçün Cənubi Kaliforniyaya köçüblər.

pia.az