Türkiyənin ustad jurnalisti ekranlara geri qayıdır

Məşhur jurnalist Uğur Dündar yeni verilişi ilə ekranlara geri dönəcəyini açıqlayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ustad jurnalist Uğur Dündar yeni kanalda yayımlanacaq proqramı ilə ekranlara qayıdır. “Cümhuriyət”ə danışan Dündar verilişinin adını açıqlayıb.

Sonuncu dəfə Tele-1 ekranlarında “Demokratiya Arenası” proqramını təqdim edən Dündar yeni kanalla görüşə başlayıb. “Cumhuriyyet”ə açıqlamasında Dündar “TV 100” ilə görüşdüyünü bildirərək: “Bu kanal yeni texnologiyalı, çox yaxşı, böyümə planları olan bir televiziyadır. Bu damın altında bir proqram hazırlamağı düşünürəm”, deyib.

Dündar Yeni ildən sonra yayıma başlayacaq proqramın adının “Uğur Dündarla Həftənin Panoraması” olacağını və verilişə liderləri qonaq edəcəyini bildirib.

pia.az