Rusiya Ukrayna ilə sərhəddə bir sıra vilayətləri təxliyyə edə bilər

Ukrayna ilə müharibə çox pessimist ssenari üzrə inkişaf edir…

PİA.az Rusiya mətbuatına əsasən xəbər verir ki, belə bir qənatə Rusiya hərbi ekspertləri gəliblər. Ekspertlərin fikrincə gələn ilin əvvəlində Rusiyanın bir çox vilayətlərində Ukraynanın bu gün yaşadığı “blekaut” yaşana bilər.

Söhbət Krım, Belqorod, Kursk və Voronej vilayətlərinin kritik infrastrukturunun vurulmasından gedir. Ekspertlərə görə Bu vilayətlərin əhalisinin məcburi təxliyəsinə artıq hazırlaşmaq lazımdır.

Qeyd edilib ki, hazırda Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji obyektlərini və sosial əhəmiyyətli qurumlarını vurmaq üçün lazımi silahları alır və yanvar ayında bu silahlar Rusiya əraziləridəki kritik obyeklərə zərbələr endirəcəklər.

pia.az.