Çavuşoğlu ilə Abdullahiyan arasında telefon danışığı olub

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb...  

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı qarşıdakı dövrdə həyata keçiriləcək qarşılıqlı səfərlərə hazırlıq məsələləri müzakirə olunub.

pia.az