DÇ-2022: Seneqal millisi Ekvadorla matçda növbəti dəfə önə keçib - Yenilənib

Seneqal millisi Ekvadorla matçda növbəti dəfə önə keçib..

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Afrika təmsilçisinin heyətində Kalidu Kulibali 70-ci dəqiqədə komandasını yenidən hesabda önə keçirib - 2:1. 

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Cənubi Amerika təmsilçisinin heyətində Moises Kaysedo 67-ci dəqiqədə bərabərlik qoluna imza atıb - 1:1. 

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda ikinci hissə başlayıb. 

Afrika təmsilçisi 1:0 hesabı ilə öndədir. 

Yeganə qolu 44-cü dəqiqədə penaltidən İsmaila Sarr vurub. 

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda birinci hissə başa çatıb.

Afrika təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb. 

İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib - 1:0

pia.az