Çində “Sıfır Covid” əleyhinə etirazlar artır

Çində hakimiyyətin “sıfır Covid” kampaniyasının əleyhinə keçiirlən etirazların yatırılması üçün polis qüvvələri cəlb olunub...

PİA.az The Guardian-a istinadən xəbər verir ki, verilən məlumata görə, polis həbslər həyata keçirib. Bu aksiya isə son on ilin ən böyük nümayiş hesab olunur.

Ölkənin müxtəlif şəhərlərində keçirilən nadir küçə toplantılarına qatıldıqdan sonra bəzi nümayişçilərin səlahiyyətlilər tərəfindən telefonla sorğu-sual edildiyi də bildirilir. Telefon sorğusundan imtina edənlərin evlərinə polis basqını edildiyi də xəbər verilir.

Məlumata görə, həbslər əsasən bazar ertəsi Xançjou şəhərində həyata keçirilib. Sosial mediada yayılan və müstəqil şəkildə təsdiqlənməsi mümkün olmayan videolarda bazar ertəsi gecəsi yüzlərlə polisin nümaişi dağıtdığını və aksiya keçirilən meydanı zəbt etməsi görünür.

Teleqram kanalları vasitəsilə insanların yenidən nümayişlərə çağırılmasından sonra Şanxay və Pekində polisin gücləndirlmiş rejimə kedçiyi, çərşənbə axşamı səhər saatlarında əhalinin toplaşacağı ehtimal olunan ərazilərdə patrul xidməti apardığı xəbər verilir.

Artıq Çİndə internetin zəilədildiyi, Telqram palformasına tamamilə məhdudiyyət qoyulduğu qeyd edilir, lakin buna baxmayaraq insanların VPN proqramlarından istifadə etdiyi qeyd edilir.

pia.az