Pəncə-Kilid əməliyyatında bir əsgər şəhid oldu

Milli Müdafiə Nazirliyi Pəncə-Kilid əməliyyatında yaralanan Mütəxəssis Çavuş Halil Yiğitin şəhid olduğunu açıqlayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə:

“Pəncə-Kilid əməliyyatı bölgəsində 27 noyabr 2022-ci il tarixində separatçı terror təşkilatı üzvləri tərəfindən açılan hücum atəşi nəticəsində yaralanaraq xəstəxanaya çatdırılan qəhrəman silahdaşımız Mütəxəssis Çavuş Halil İbrahim Yiğit bütün müdaxilələrə baxmayaraq, xilas ola bilmədi və 28 noyabr 2022-ci ildə şəhid oldu”.

pia.az