Türkiyə ordusu Suriyada quru əməliyyatı üçün hazırdır - Reuters

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında quru əməliyyatına başlamaq üçün hazırlıqlarını sona çatdırıb...

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyi öz mənbələrinə əsasn məlumat verib. Agentliyin məlumatına görə Türk ordusu hər an Suriyada quru əməliyyatına başlaya bilər və komandanlıq prezident Rəcəb Tayyip Ərdoğanın əmrini gözləyir.

Qeyd edək ki, bir neçə gün prezident Ərdoğan Suriyada əməliyyatı başlamaq üçün heç kimdən icazə almayacaqlarını və istədikləri zaman PKK/YPQ terrorçularına qarşı əməliyyata başlaya biləcəklərini bildirmişdi.

Xatırladaq ki, Suriya ilə sərdəddə Türkiyənin təhlükəsizliyinə təhdid yaradan terorçu qruplaşmalara qarşı əməliyyat mövzusunda Ankaranın Vaşinqton və Moskva ilə ciddi fikir ayrılıqları var.

pia.az