BMT missiyası İranda baş verən hadisələri araşdırır

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran təhlükəsizlik üzvvələrinin uşaqlara qarşı həqiqi güllələrdən istifadə etdiyini deyib...

PİA.az xəbər verir ki, BMT-nin İnsan Haqları Şurası keçən həftə İranda 16 sentyabr etirazları ilə bağlı insan haqlarının pozulması iddiası ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılmasını tələb edən qətnamə qəbul edib. Onu Şuranın 47 üzvündən 25-i dəstəkləyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Şurada çıxış edərək, İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı həqiqi güllə, rezin güllə, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyini vurğulayıb.

Volker Türk çıxışında qeyd edib ki, İranda uşaqların öldürülməsini görmək ona çox ağır təsir edib:

“Ölkədə baş verənləri, öldürülən uşaqların, küçələrdə döyülən qadınların, edam cəzasına məhkum edilmiş insanların şəkillərini görmək məni çox ağrıdır”, deyə bildirib.

Onun sözlərinə görə, 5-i uşaq olmaqla, azı 60-70 nəfər ölüb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə 15 min adamın həbs edildiyini deyib: “İran rejimi indi etirazçıları ölüm cəzası ilə hədələyir. Çünki , bu qadınlar, kişilər və uşaqlar ləyaqətlə və ayrı-seçkilik olmadan yaşamaq istəyirlər”, deyə Berbok vurğulayıb.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi BMT-nin İnsan Haqları Şurası keçən həftə qəbul edilən qətnaməni obyektivlikdən kənar olaarq qiymətləndirib.

pia.az