Dəfn mərasiminə gedən 14 nəfər ordaca öldü

Kamerunda dəfn mərasiminə gedən 14 nəfər torpaq sürüşməsi nəticəsində həyatını itirib...

PİA.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kamerunun paytaxtı Yaounde şəhərində torpaq sürüşməsi nəticəsində 14 nəfər həyatını itirib. Torpaq sürüşməsi dəfn mərasimi zamanı baş verib. Axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının artacağından ehtiyat edilir.

Torpaq sürüşməsi hadisəsini bölgə qubernatoru Naseri Paul Bea milli televiziya kanalı CRTV-dən xəbər verib. Qubernator Bea hadisədən sonra dünən verdiyi açıqlamada: “Cəsədləri mərkəzi xəstəxananın morquna daşıyırıq, digər insanların və ya cəsədlərin axtarışları isə davam edir”, deyə bildirib.

Qeyd edək ki, Afrikanın ən rütubətli şəhərlərindən biri olan Yaoundedə bu il güclü yağışlar səbəbiylə daşqınlar da baş verib və nəticədə, çox sayda insan evindən didərgin düşüb.

pia.az