Bakıda bacı qardaşı bıçaqlayıb

Bakıda bacı qardaşı bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə noyabrın 28-i saat 02:30 radələrində sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlüMəmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

pia.az